Görəsən, iclas nə vaxta təyin olunub? Ölkə futboluna rəhbərlik edənlər nə vaxt bir masa ətrafında toplaşacaq? Bunu öyrənmək üçün AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla ilə əlaqə saxladıq. Qurumun rəsmisi “Football-plus.az” saytına bunları söylədi:
“Hələ ki İcraiyyə Komitəsinin iclasının hansı tarixdə keçiriləcəyi konkretləşməyib. Yalnız onu deyə bilərəm ki, yaxın günlərdə, daha doğrusu, yığmanın Estoniya ilə oyununa qədər baş tutmalıdı”.
RƏŞAD

