“FourFourTwo” jurnalı dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq cədvəlini açıqlayıb. Siyahıya Xosep Qvardiola başçılıq edir.
“Football-plus.az” xəbər verir ki, İngiltərənin idman nəşrinin əməkdaşları “Mançester Siti”nin ispaniyalı baş məşqçisinə üstünlük veriblər. Reytinq cədvəlində növbəti sıraları Yürgen Klopp (Liverpul), Xabi Alonso (Bayer-04), Karlo Ançelotti (Real) və Unay Emeri (Aston Vila) tutublar. Xatırladaq ki, Qvardiolanın komandası hazırda İngiltərə çempionatında “Arsenal”dan 1 xal geri qalmaqla 2-ci yeri tutur. Ehtiyatda bir təxirə salınan oyunu olan son çempion ölkə kubokunun finalına çıxıb.