Dünya Olimpiya Təsnifat turnirində iştirak edəcək Azərbaycanın yunan-Roma və qadın güləşçilərinin rəqibləri bəlli olub.
Azərbaycan Güləş Federasiyasının (AGF) rəsmi saytı xəbər verir ki, mayın 9-u Türkiyənin İstanbul şəhərində start götürəcək Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan son yarışın püşkatma mərasimi dünən keçirilib.
Qeyd edək ki, turnir mayın 12-dək davam edəcək.
Yunan-Roma güləşi
60 kq
təsnifat mərhələsi
Murad Məmmədov – Aleksandrs Yurkyans (Latviya)
87 kq
təsnifat mərhələsi
Rafiq Hüseynov – İlyas Paqkalidis (Yunanıstan)
97 kq
təsnifat mərhələsi
Murad Əhmədiyev – Riçard Karelson (Estoniya)
130 kq
təsnifat mərhələsi
Sabah Şəriəti – Nikolaos Ntunyas (Yunanıstan)
Qadın güləşi
50 kq
1/8 final
Mariya Stadnik – Menq Hsieh (Çin Taybeyi)/Aintzane Qoni (İspaniya)
53 kq
təsnifat mərhələsi
Gültəkin Şirinova – Laura Avila (Kuba)
57 kq
təsnifat mərhələsi
Alyona Kolesnik – Ramona Qalambos (Macarıstan)
62 kq
təsnifat mərhələsi
Ruzanna Məmmədova – Anastasiya Qriqoryeva (Latviya)
68 kq
Təsnifat mərhələsi
Elis Manolova – Nikol Parrado (Kolumbiya)