Güləşçilərimizin dünya çempionatındakı rəqibləri bilindi

17.10.2022 09:27 384
İdman
Bu gün İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-23 dünya çempionatı start götürəcək.

"Footbal-plus.az" xəbər verir ki, dünən yunan-Roma güləşi üzrə püşkatma mərasimi keçirilib.

Püşk nəticəsində Azərbaycan güləşçilərinin də rəqibləri müəyyənləşib.

Bu gün Nihad, Ziya, Laçın və Sərxan mübarizəyə başlayacaq. Görüşlər Bakı vaxtı ilə 13.00-da start götürəcək.

55 kq
1/4 final
Nihad Quluzadə – Artyom Deleanu (Moldova)/Giorgi Toxadze (Gürcüstan)

60 kq
Təsnifat mərhələsi
Nihat Məmmədli – Oljas Sultan (Qazaxıstan)

63 kq
1/8 final
Ziya Babaşov – Endi Xuan Suç (İspaniya)

72 kq
Təsnifat mərhələsi
Qurban Qurbanov – Yanis Nifri (Fransa)

87 kq
1/8 final
Laçın Vəliyev – Andreas Vaelis (Estoniya)

130 kq
1/8 final
Sərxan Məmmədov – Damir Zuparov (Qazaxıstan)