Şahmatçımız Ankarada keçirilən beynəlxalq turnirin qalibi oldu

18.09.2023 12:37 422
İdman
Şahmatçısı Rüfət Abdullayev Beynəlxalq Türk Mədəniyyət Təşkilatının (TÜRKSOY) 30 illik yubileyi münasibətilə Türkiyənin paytaxtı Ankarada keçirilən beynəlxalq turnirin qalibi olub.

“Football-plus.az" xəbər verir ki, o, Paytaxt Mədəniyyəti Yolu Festivalı çərçivəsində təşkil olunan “TÜRKSOY Şahmat Turniri”ndə 1-ci yeri tutub.

Gökyay Fondu Şahmat Muzeyində baş tutan yarışda digər azərbaycanlı şahmatçı Anar Səlimov 2-ci olub.