Yağmur Məmmədli beynəlxalq turnirin mükafatçıları sırasında

21.03.2023 16:50 286
İdman
Azərbaycanın stolüstü tennisçisi Yağmur Məmmədli Türkiyədə keçirilən beynəlxalq turnirin mükafatçıları sırasına düşüb.

"Football-plus.az" xəbər verir ki, Antalyada təşkil olunan “Pro-Tur” yarışının qrup mərhələsini ikinci yerdə başa vuran yeniyetmə idmançı 1/4 finalda Duru Kırbacı, yarımfinalda Gülce Dönmezi mübarizədən kənarlaşdırıb.

Finalda digər yerli idmançı Nil Başarana 2:3 hesabı ilə uduzan Məmmədli turnirin gümüş mükafatına layiq görülüb.