Gimnastımız beynəlxalq turnirin qalibi olub

17.06.2023 17:12 228
İdman
Aerobika gimnastikası üzrə Azərbaycan yığmasının iki üzvü Misirin Qahirə şəhərində təşkil olunan “Pharaoh's Cup” beynəlxalq turnirində medal qazanıb.

"Football-plus.az" xəbər verir ki, fərdi proqramda Vladimir Dolmatov qızıl, Mədinə Mustafayeva isə bürünc mükafata yiyələnib.

Yeniyetmələr arasında komandanın gimnastları Dilarə Qurbanova və Sara Əlixanlı isə fərdi proqramda finala vəsiqə əldə ediblər.