Millimiz Bosniya və Herseqovina ilə qarşılaşacaq

18.07.2023 10:53 224
Yığma
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlığın növbəti mərhələsini ölkə xaricində keçəcək.

"Football-plus.az" federasiyanın rəsmi səhifəsinə istinadən xəbər verir ki, komanda bu gün geniş heyətlə Bosniya və Herseqovinaya yola düşüb.

Ataman Güneyligilin rəhbərlik etdiyi yığma Zenitsa şəhərində bir həftəlik təlim-məşq toplanışında olacaq. Hazırlıqlar çərçivəsində Bosniya və Herseqovina yığması ilə bir neçə yoldaşlıq görüşü nəzərdə tutulub.

İyulun 24-də isə milli Bakıya qayıdacaq və hazırlığı paytaxtda davam etdirəcək.