• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Avropaya gedən yol

Premyer-liqa / Manşet

22-04-2024, 23:0

“Sumqayıt”ın səfərdə “Turan Tovuz”un qapısına 4 qol vurması şəxsən mənim üçün xeyli gözlənilməz oldu.

Zaman-zaman “Sumqayıt”ı da, onun baş məşqçisi Samir Abasovu da ifrat müdafiəyə həvəs göstərməsinə görə tənqid etmişik. Elə sonuncu yazılarımdan biri də bu haqda idi. “Sumqayıt”ın “Turan Tovuz”a qarşı keçirdiyi oyunlar da o qədər də baxımlı alınmırdı. Heç də təsadüfi deyil ki, bu rəqiblər mövsüm ərzində keçirdikləri əvvəlki üç görüşdə qalibi müəyyənləşdirə bilməmiş, meydandan bərabərliklə ayrılmışdı. Məhz bu statistikanı nəzərə alanda budəfəki görüşün də əvvəlkilərə oxşayacağını proqnozlaşdırmaq mümkün idi. Amma ehtimallar doğrulmadı.

İndi iddia edə bilmərik ki, Samir Abasov məhz tənqidlərdən yorulduğu üçün riskə getdi, səfərdə “Turan Tovuz”a qarşı “açıq futbol” oynadı. Çünki Abasov özü də bu yaxınlarda mətbuat konfransında demişdi ki, onun üçün mətbuatın nə yazması, azarkeşlərin və mütəxəssislərin nə deməsi maraqlı deyil. Yumşaq desək, belə şeyləri vecinə də almır. Bəs onda nə baş verdi? “Sumqayıt” o cəsarəti hardan tapdı ki, ötən ilin avqustunda, premyer-liqanın açılış turunda etdiyi qəhrəmanlığı təkrarlayıb, 90 dəqiqə ərzində 4 qol vurmağı bacardı? Məncə, burda bir neçə amil həlledici rol oynadı. Sırasıyla və qısaca bunlara toxunmağa çalışacam.

Heç kimə sirr deyil ki, Abasov bəzi rəqiblərə qarşı konkret motivasiya ilə hazırlaşır, futbolçularını da məhz həmin komandalarla oyunlara aqressiv kökləyir. “Neftçi” ilə “Turan Tovuz” bu siyahıda ilk üç yeri tutan komandalardan ikisidi. “Neftçi”ylə haqq-hesabın səbəbi bəllidi. “Turan Tovuz”da isə Ayxan Abbasov amili var. “Sumqayıt”ın sabiq baş məşqçisi Riad Rəfiyevlə yaxşı vidalaşmayıb. Bu iki şəxsin münasibəti yetərincə sərindi. Deməli, Samir Abasov da həm Ayxan Abbasovdan daha yaxşı məşqçi olduğunu isbatlamağa çalışır, həm də öz “şefinə” jest edir. Heç şübhə etmirəm ki, Ayxan Abbasova qarşı xüsusi hazırlığın əsas səbəbləri bunlardı. 3 xal qazanmaq yaxşıdı, amma Samir Abasov qələbə qazanmaqdan ötrü bütün riskləri gözə alan mütəxəssis deyil. Belə olsaydı, misal üçün, “Zirə”yə qarşı da “Sumqayıt” bu cür oynayardı.

Tovuzdakı böyükhesablı qələbəni təkcə Samir Abasovun yüksək motivasiyası ilə əlaqələndirməzdim. Bəli, “Sumqayıt” səfərdə yaxşı oynadı, hücumçular şanslardan maksimum yararlandı, müdafiəçilər diqqətli davrandı. Amma bu işdə qonaqlara elə meydan sahibləri də kömək etdi. Kapitan Şəhriyar Əliyev həlledici məqamda qapıların yerini səhv salmaqla “Sumqayıt”ın xeyrinə qol vurdu. Əvəzində “Turan Tovuz”un qol ümidi Otto Con əlinə düşən imkanları sağa-sola xərclədi, topu Mehdi Cənnətovun qoruduğu qapıdan başqa bütün istiqamətlərə ünvanladı. Mən hələ start heyətini qurarkən səhvə yol verən Ayxan Abbasovun “zəhmətini” demirəm. Təsəvvür edirsizmi, 25-ci dəqiqədə iki futbolçunu birdən əvəzləmək nə deməkdi? Bu o deməkdi ki, Ayxan bəy mövsümün ən vacib qarşılaşmalarından birinə hazırlaşarkən səhvə yol verib, start heyətini düzgün qurmayıb. Gərgin oyunun tempinə cəmi 25 dəqiqə tab gətirə bilən Luis Paçu kimi legionerlərə güvənən Abbasovun planları baş tutmadı. Elə bütün bunların nəticəsidi ki, tovuzlu azarkeşlər 1:4 hesablı məğlubiyyətə üzüldülər.

Görünən odu ki, Ayxan Abbasov çətin sınaqdan üzüağ çıxa bilmədi. Bu qarşılaşmanın əhəmiyyəti ona görə böyük idi ki, “Sumqayıt”la görüş ərəfəsində “Turan Tovuz”un avrokuboklara yollanmaq şansı yaranmışdı. Hətta klubun rəhbəri, çox hörmətli Ehtiram Quliyev avrokuboklara vəsiqə qazanacaqları halda Tovuzda oynamaq istəklərini də dilə gətirmişdi. Bu məqsədlə UEFA nümayəndələri Tovuza səfər etmiş, stadionun vəziyyəti ilə tanış olub, qeydlərini aparmışdılar. Belə bir məqamda doğma meydanda 1:4 hesabıyla uduzmaq heç yerinə düşmədi. Sanki Avropaya yollanmağa tələsən “Turan Tovuz” bu arzuyla alışdı, özünü yandırdı. Avrokuboklar çox ciddi sınaqdı, ora yollanmağı təkcə arzulamaq bəs etmir. Bunun üçün hazırlaşmaq, həm yaxşı baş məşqçiyə, həm səviyyəli legionerlərə, həm də meydanda can qoyan, çətin məqamda üzərinə məsuliyyət götürməyi bacaran yerli futbolçulara sahib olmaq lazımdı. Avropa gedən yol çox uzundu, cənablar. Bu qədər tələsməyin!

AMAL

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

28-10-2022, 16:0

"Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi

Premyer-liqa / Manşet

1-11-2022, 15:0

Legionerlər Samir Abasovu çətin vəziyyətə salıb

Premyer-liqa / Manşet

31-03-2023, 17:0

"Sumqayıt" "Turan Tovuz"a qalib gəldi - YENİLƏNİB

Aktual / Manşet

13-06-2022, 15:0

Nadir Nəbiyev: “Samir Abasov "Turan Tovuz"un “sükanı arxasında” olsaydı və...” - AÇIQLAMA

Premyer-liqa

31-03-2023, 11:0

“Turan Tovuz” – “Sumqayıt” oyununa VAR təyinatları

Premyer-liqa / Yazarlar

23-02-2024, 18:0

Samir Abasovun qəhrəman olduğu gün - KÖŞƏ

Aktual
“O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Vernidubun start heyəti müəyyənləşir - "ağ-qaralar" böyükhesablı qələbəni necə qazandı?
Son xəbərlər
  • Bu gün, 19:49
    ''Fənərbaxça'' Qrinvudu nə üçün açıqlamır?
  • Bu gün, 19:18
    Arda Turan ''Şaxtyor''a iki psixoloq dəvət etdi
  • Bu gün, 18:47
    ''Qalatasaray'' yayın ilk transferini bitirməyə yaxındı
  • Bu gün, 18:16
    ''Fənər'' yoxlama oyunlarında qollardan doymur
  • Bu gün, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Bu gün, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Bu gün, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Bu gün, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
  • Bu gün, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Bu gün, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Bu gün, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Bu gün, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Bu gün, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Bu gün, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Bu gün, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Bu gün, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Bu gün, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Bu gün, 11:54
    Millimiz rekorda imza atdı
  • Bu gün, 11:23
    Hamını arxada qoydu
  • Bu gün, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Bu gün, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Bu gün, 10:00
    Lissabondan Madridə üz tutdu
  • Dünən, 23:54
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 23:23
    Kapitan “gəmini” tərk etməyəcək
  • Dünən, 22:59
    Son çempiondan unikal göstərici
  • Dünən, 22:13
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • Dünən, 22:02
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 21:30
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
  • Dünən, 20:56
    MS yeni qapıçı aldı
  • Dünən, 20:25
    “Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
  • Dünən, 19:54
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 19:23
    20 yaşında dünyasını dəyişdi
  • Dünən, 18:52
    "Şəfa"dan yeni transfer
  • Dünən, 18:31
    Vernidubun start heyəti müəyyənləşir - "ağ-qaralar" böyükhesablı qələbəni necə qazandı?
  • Dünən, 18:00
    Yenidən Fransada işləyəcək
Daha çox
Oxunub: 213
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 196
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 154
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 143
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə