• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Samir Abasovun qəhrəman olduğu gün - KÖŞƏ

Premyer-liqa / Yazarlar

23-02-2024, 18:0

Hazırda “Sumqayıt”ın baş məşqçisi olan Samir Abasovun “Neftçi”dən incik ayrıldığı heç kimə sirr deyil.

Kim olsa, inciyərdi. Adam çətin psixoloji durumda olan “Neftçi”nin ağır yükünü çiyninə götürdü və mövsümün sonundakı həlledici oyunda “Qarabağ”ı məğlub etməklə “ağ-qaralar”a çempionluq qazandırdı. Həmin qarşılaşmada bəxtin “Neftçi”dən yana olmasını, baş hakim Elçin Məsiyevin və köməkçilərinin mübahisəli qərarlarını bir kənara qoyuram. Tarixdə qalan nəticədi ki, bunu da qazanmağı Samır Abasovun çalışdırdığı “Neftçi” bacardı. “Neftçi”ni çalışdıran və uğursuzluğa düçar olan əcnəbi mütəxəssislərin adlarını sadalayıb, ağ-qara rənglərə könül verən azarkeşlərin yarasının qaysağını qoparmaq istəmirəm. Bütün bunlar zaman-zaman “Neftçi”yə rəhbərlik edən fərqli rəhbərlərin “şəxsi işi”nə yazılası “uğurlardı”. Fakt odu ki, Samir Abasov “Neftçi”ni çempion etməyi, “Qarabağ”ı taxtdan salmağı bacarmışdı.

Amma onu “Neftçi”dən urvatsız yola saldılar. Ondan sonra “Neftçi”nin baş məşqçisi postuna əyləşənlərin heç biri Abasovdan yaxşısını bacarmayıb. Heç onun qədər olmayıblar da. Deməli, Samir bəyin o formada işdən uzaqlaşdırılması rəhbərliyin səhvi idi. Düzdü, hələ ona qədər Abasovun həm klub rəhbərliyi, həm də azarkeşlər ilə problemlərinə şahid olurduq. Bütün bunlar isə baş məşqçiylə müqavilənin uzadılmayacağını düşünməyə zəmin hazırlayırdı. Elə gözlənilən kimi də oldu. Sonrakı müşahidələrimiz göstərdi ki, Samir Abasov təkcə “Neftçi” rəhbərliyindən inciməyibmiş, bütövlükdə Azərbaycan futbolundan küsübmüş. Sizin də yadınızda olar. Bir dəfə ondan hansısa mövzu ilə bağlı açıqlama istəyən həmkarımıza Samir bəyin cavabı belə olmuşdu ki, Azərbaycan futbolu ilə maraqlanmır. Yaxşı ki, sonradan maraqlanmağa başladı və “Sumqayıt”ın baş məşqçisi olmağa razılaşdı. Biz belə maraqlı bir mütəxəssisin məşqçiliyin daşını atmasına, futbolumuzdan üz döndərməsinə əsla razı ola bilməzdik.

Bütün bunlar öz yerində. Zaman sürətlə ötüb keçir, amma görürük ki, “Neftçi”yə olan qəzəbi Samir bəyi tərk etmir. Bəzən adama elə gəlir ki, Abasov bütün çempionat oyunlarında məğlub olmağa razıdı, təki onun çalışdırdığı komanda (indiki halda “Sumqayıt”) “Neftçi”yə qalib gəlsin. İkinci dövrədə keçirilən “Neftçi” – “Sumqayıt” görüşü ərəfəsində paytaxt təmsilçisinin PR xidmətinin əməkdaşlarının yol verdiyi kobud səhv Abasovun sabiq klubuna qəzəbini bir qədər də artırıb. Özü demişkən, həmin o “işıqları söndürün, tekst başlayır” söhbətindən sonra “Sumqayıt”ın futbolçularını “Neftçi”yə qarşı xüsusi motivasiya etməyə ehtiyac da yoxdu. Elə qaranlıqda adamın zəhləsini tökən o çarpayı cırıltısını onlara xatırlatmağın kifayətdi. “Neftçi”nin əməkdaşlarının bu “uzaqgörənliyi” sayəsində “Sumqayıt” ardıcıl iki çempionat oyununda rəqibini məğlub edib.

“Neftçi”yə kubokdakı məğlubiyyətlə bağlı isə müxtəlif söz-söhbətlər mövcuddu ki, mən indi ucundan tutub, ucuzluğa getmək istəmirəm. Elə Samir bəyin özünün kubok qarşılaşması ərəfəsində “biz iki cəbhədə mübarizə apara bilmərik, kuboku qurban verməliyik” tipli açıqlamasının da şəxsən mənim üçün normal deyildi. Ciddi futbol ölkələrində çempionatın təşkilinə cavabdeh olan qurumlar bu açıqlamaya görə məşqçiyə qarşı intizam işi açar, klubu və məşqçinin özünü araşdırmaya cəlb edərdilər. Amma bura Azərbaycandı, biz belə şeylərə təəccüblənməməliyik.

Bugünkü yazımın mövzusu kubok oyunu deyil, “Sumqayıt”ın premyer-liqadakı çıxışıdı. Daha doğrusu, “Neftçi”yə qarşı olan motivasiyanın başqaları ilə qarşılaşmalarda hiss olunmaması. Bu isə nə Samir Abasovun ambisiyalarına yaraşır, nə də “Sumqayıt”ın peşəkar klub adına. Başqaları da “Sumqayıt”la bağlı qaranlıqdan bəhs edən videoçarx çəkməlidilər ki, komanda onlara qarşı da qələbə əzmiylə meydana çıxsın? “Neftçi” ilə oyundan sonra Samir Abasov mətbuat konfransında “mən bura tamadalıq etməyə çıxmışam, qələbəni futbolçularım qazanıb” deyirdi. Belə çıxır ki, “Zirə” və “Turan Tovuz”la oyunlardakı qolsuz heç-heçənin də səbəbkarı həmin futbolçulardı. Kefləri istəyəndə mübarizə aparır, qol vururlar. İstəməyəndə də 90 dəqiqəni yola verib, hətta penaltini də qaçıra bilirlər. “Zirə” ilə oyunu bir kənara qoyaq. Onsuz da Rəşad Sadıqovun komandasına qol vurmaq çətindi. Bəs “Turan Tovuz”la doğma meydandakı qolsuz oyunu kimin adına yazaq? Samir bəy deyir ki, Zirədəki oyunda futbolçuları çox güc itirib. Bilməyən də düşünər ki, səfərdə “Sumqayıt”ın futbolçuları 90 dəqiqə dayanmadan “işləyiblər”. Elə bu cür iddiasız, baxımsız oyunun nəticəsidi ki, “Turan Tovuz”la görüşdə yeni stadionun tribunaları boş qalmışdı, o boyda şəhərin şəhərin komandasına dəstək vermək üçün 1000-dən bir qədər artıq azarkeş özünə əziyyət vermişdi. “Neftçi” ilə oyundan sonra Samir Abasov sosial şəbəkələrin, idman mətbuatının qəhrəmanına çevrilmişdi. Qəhrəman olmaq həmişə yaxşıdı, Samir bəy. Amma bunun üçün hər tur çalışmaq lazımdı.

AMAL

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

8-06-2022, 19:0

"Neftçi" Samir Abasovla yolları ayırdı

Premyer-liqa

10-11-2022, 15:0

Samir Abasovun cəzası bəlli oldu

Ölkə futbolu / Manşet

10-05-2022, 17:0

Samir Abasovun atmacası “Neftçi” azarkeşlərini ayağa qaldırdı

Aktual
“Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
“O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Son xəbərlər
  • Dünən, 23:54
    "Keyfiyyətli komanda olduğumuzu göstərməliyik" - Valdas Dambrauskas
  • Dünən, 23:16
    "Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
  • Dünən, 22:27
    “80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tam yenidən başlayacaq” - “Nyu Seynts”in baş məşqçisi
  • Dünən, 22:23
    “Turan Tovuz”un rəqiblərindən biri bilindi
  • Dünən, 21:27
    “Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
  • Dünən, 20:51
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:20
    "Kəpəz" sabiq qapıçısını qaytardı
  • Dünən, 19:49
    ''Fənərbaxça'' Qrinvudu nə üçün açıqlamır?
  • Dünən, 19:18
    Arda Turan ''Şaxtyor''a iki psixoloq dəvət etdi
  • Dünən, 18:47
    ''Qalatasaray'' yayın ilk transferini bitirməyə yaxındı
  • Dünən, 18:16
    ''Fənər'' yoxlama oyunlarında qollardan doymur
  • Dünən, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Dünən, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Dünən, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
  • Dünən, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Dünən, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Dünən, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Dünən, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Dünən, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Dünən, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Dünən, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Dünən, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Dünən, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Dünən, 11:54
    Millimiz rekorda imza atdı
  • Dünən, 11:23
    Hamını arxada qoydu
  • Dünən, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Dünən, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Dünən, 10:00
    Lissabondan Madridə üz tutdu
  • 12-07-2026, 23:0
    Klubu ilə yenidən anlaşdı
  • 12-07-2026, 23:0
    Kapitan “gəmini” tərk etməyəcək
  • 12-07-2026, 22:0
    Son çempiondan unikal göstərici
  • 12-07-2026, 22:0
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • 12-07-2026, 22:0
    Dortmundu tərk etməyə yaxındır
  • 12-07-2026, 21:0
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
Daha çox
Oxunub: 215
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 199
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 155
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 143
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə