AFFA rəsmisi UEFA-dan yeni təyinat alıb

24.07.2023 14:45 243
Konfrans Liqası
AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşek UEFA-dan yeni təyinat alıb.

"Football-plus.az" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, türkiyəli funksioner Uelsdə TNS və Lüksemburq "Svift"i arasında keçiriləcək Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununun hakim-inspektoru olacaq.

Qarşılaşma avqustun 3-də oynanılacaq.