UEFA-nın iclasında Qurban Qurbanovdan danışdılar

14.03.2022 20:50 1 256
Aktual
UEFA-nın Ədalətli Oyun və Sosial Məsuliyyət Komitəsinin növbəti iclası keçirilib.

İclas videokonfrans formatında təşkil olunub. Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ" və "Marsel" arasında keçirilən oyunda qeydə alınan fair play hadisəsi AFFA-nın icraçı vitse-prezidenti, müvafiq komitənin sədri Elxan Məmmədovun təklifi ilə iclasın gündəliyinə daxil olunub və məsələ barədə fikir mübadiləsi aparılıb.