Konfrans Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, bu nominasiyada “Olimpiakos”un hücumçusu Kostas Fortunis qalib gəlib. Bu barədə UEFA-nın saytı məlumat yayıb. Fortunis 1/4 finalın “Fənərbaxça” ilə ilk oyununda komandasının 3:2 hesablı qələbəsində bir qol vurub bir məhsuldar ötürmə etməklə rol oynamışdı. O, UEFA-nın saytında azarkeşlər arasında keçirilən sorğuda digər namizədləri – Con Makqinn (Aston Villa), Hans Vanaken (Brügge) və Lukas Martinesi (Fiorentina) arxada qoyub.