Üç basketbolçumuz “Top-20”də

15.04.2024 15:25 143
İdman
Honkonqda keçirilən basketbolun 3x3 növü üzrə qadınların Olimpiya Təsnifat Turnirindən sonra FİBA-nın reytinq cədvəlləri açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, yarışda çempionluq yaşamaqla Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanan Azərbaycan millisinin uğuru təmsilçilərimizin mövqeyində də əksini tapıb.

Basketbolçuların fərdi reytinqində Honkonqda iştirak etməyən Brianna Frezer dünyanın 4-cü ən yaxşısıdır – 199,939. Aleksandra Mollenhauer da “Top-10”da yer alıb. O, 163,227 xalla 9-cudur. 140,426 xala malik Dina Ulyanova dünyanın 16-cı basketbolçusu sayılır.

Qadınlardan ibarət Azərbaycan millisi komandaların reytinqində 12-ci pillədə qərarlaşıb. Brianna, Dina və Aleksandradan ibarət “üçlük” Avropa yığmaları arasında 5-cidir.

Qadınların federasiya reytinqində ölkə 12-cidi. Bu, Avropada 8-ci göstəricidi - 622,327 xal.

Qeyd edək ki, basketbol yığmamız komanda idman növləri tarixində ilk dəfə Olimpiya Oyunlarında iştirak hüququ qazanıb.