“Arsenal” ilə yenidən anlaşa bilər

12.04.2024 11:25 173
Dünya futbolu
Mikel Artetanın “Arsenal”ı daha uzun müddət çalışdırmaq imkanı var.

Rəhbərlik baş məşqçinin işindən razıdı. İnsayder Fabritsio Romanonun sosial şəbəkə hesabları vasitəsilə verdiyi xəbərə görə, klub ispaniyalı mütəxəssisə yeni uzunmüddətli müqavilə təklif etməyə hazırlaşır. Arteta da komandada qalmaq istəyir və müqavilənin müddətini uzatmağa hazırdı.

Arteta “Arsenal”ı 2019-cu ilin dekabrından çalışdırır. Tərəflər arasında mövcud müqavilənin müddəti 2025-ci ilin yayına qədərdi. Komanda hazırda premyer-liqada liderdi.