Vasilyev Azərbaycan millisi ilə yanaşı? bir sıra klublarımızda, əsasən də "Neftçi"də çıxış edib. Alkoqolizmdən əziyyət çəkən və artıq müalicə üçün maliyyə gücü qalmayan veteran ümidini onu sevənlərə bağlayıb.
Bəs müalicəniz artıq başlayıbmı? “Neftçi”dən sizinlə əlaqə saxlayan olubmu? Suallarımıza cavab tapmaq üçün Vadimlə əlaqə saxladıq:
“Müalicəm bu gün başlamalıydı, amma alınmadı. Artıq sabah saat 12-dən başlayacaq. “Neftçi”dən həkimlə yanaşı, AFFA mənimlə əlaqə saxlayıb”.
ƏSƏD SEYİDOV





