Vadim Vasilyev Oqtay Abdullayevin zənginə cavab verməyib?

11.03.2024 19:50 308
Aktual / Manşet
Azərbaycan millisinin sabiq futbolçusu Vadim Vasilyevin insult keçirdiyini xəbər vermişdik.

AFFA ilk gündən onun xəstəxanaya yerləşdirilməsi, müalicəsi ilə bağlı xərclərə yaxından kömək göstərib. Bəs Futbol Veteranları İttifaqı bu prosesin harasındadı, Vasilyevin sağlıq durumu ilə maraqlanıbmı, ona baş çəkibmi?

Bu suallarla Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayevə müraciət etdik. Onun “Football-plus.az”a açıqlaması:

“Xəstəxanada yanına buraxmırdılar. Amma xəstəxanaya yerləşdirməsinə AFFA və veteranlar dəstək verdi, kömək etdi. Sonra nə qədər zəng etdik, telefonu götürmədi”.

ƏSƏD SEYİDOV