Xavi Ernandes mövsümün sonunda getmək qərarını versə də, “Barselona”nın baş məşqçi vəzifəsində qala bilər.
“Sport.es” saytının məlumatına görə, 44 yaşlı mütəxəssis klub rəhbərliyinə şərt irəli sürüb. Xavi “Barselona”nın uzunmüddətli layihəsi ilə bağlı aydın təminat almaq istəyir. Onun klubun maliyyə çətinliklərini nəzərə alaraq komandaya yayda gətiriləcək futbolçulardan ibarət transfer siyahısını görmək istədiyi bildirilir.
Xatırladaq ki, Xavi yanvarın sonunda cari mövsüm başa çatdıqdan sonra klubdan ayrılacağını açıqlamışdı.