Sofyan Amrabatın “Mançester Yunayted” karyerası çox da sürməyəcək.
“Football-plus.az” xəbər verir ki, o, İngiltərə klubunu mövsümün sonunda tərk edəcək.
MY rəhbərliyi onunla müqaviləni yeniləməmək qərarına gəlib. Mərakeşli yarımmüdafiəçi bu komandanın formasını icarə əsasında geyir. Müqavilənin müəddəti isə yayda sona çatacaq. Bu isə o deməkdi ki, Sofyan “Fiorentina”ya qayıtmalı olacaq. 27 yaşlı futbolçu İtaliya klubuna məxsusdu.
Amrabat bu mövsüm MY-nin heyətində bütün turnirlərdə meydana çıxdığı 22 oyunda hər hansı məhsuldar fəaliyyətlə yadda qalmayıb. Sofyanın Mərakeş yığması ilə DÇ-2022-nin yarımfinalına qədər irəlilədiyini də bildirək.