Mançesterdən Florensiyaya qayıdacaq

19.03.2024 11:00 146
Dünya futbolu
Sofyan Amrabatın növbəti mövsümə hansı komandada başlayacağı məlum olub.

O, Mançesterdən Florensiyaya qayıdacaq. Mərakeşli futbolçu “Fiorentina”ya məxsusdu.

“Mançester Yunayted” onu İtaliya klubundan ötən yay icarəyə götürüb. Amma MY rəhbərliyi Sofyanın transfer hüququnu almamaq qərarına gəlib. Buna yarımmüdafiəçinin istənilən səviyyədə oyun sərgiləməməsi səbəb olub.

Deyilənə görə, Amrabat da İtaliyaya qayıtmaq istəyir.