Lebron daha 21 il oynamağı planlaşdırmır

8.04.2024 22:50 148
İdman
“Leykers”in ulduzu Lebron Ceyms gələcəklə bağlı planlarından danışıb.

“Football-plus.az” xəbər verir ki, “The Athletic” onun aşağıdakı fikirlərinə yer verib:
“Mən artıq təpənin o biri üzündəyəm. Daha 21 il oynamağı planlaşdırmıram – bu dəqiqdi. Bu qapının nə vaxt bağlanacağını, karyeramı nə vaxt bitirəcəyimi bilmirəm, ancaq o qədər də çox vaxtım qalmayıb”.


Əslində Lebronun belə danışmağa haqqı var. 39 yaşlı amerikalı basketbolçu bu gün də meydanda ən yaxşılardandı. “Leykers” aprelin ilk günündə “Bruklin”i səfərdə 116:104 hesabıyla məğlub etdi və Lebron bu oyunda 40 xal topladı.

Cari mövsümdə keçirdiyi 76 oyunun 43-də qələbə qazanan “gölməçəsevərlər” Qərb konfransının turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. Əvvəllər “Klivlend” və “Mayami”nin də formasını geyən Lebron MBA tarixinin snayperləri siyahısında 1-ci yerdədi.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul