Emil Mustafayev “Dnepr”ə çatmaq şansını əldən verdi

2.12.2023 15:53 229
Dünya futbolu
Dünən Ukrayna çempionatında 16-cı turun ilk oyunu keçirilib. Emil Mustafayevin şərəfini qoruduğu “Polesye” “Veres”lə oyunda qələbəni inanılmaz şəkildə əldən verib – 1:1.

“Football-plus.az” xəbər verir ki, 68-ci dəqiqədə hesabı açan jitomirlilər 90+5-ci dəqiqədə - rəqibin son hücumunda qol buraxıb. “Polesye” qələbə qazansaydı, lider “Dnepr-1” ilə xalını bərabərləşdirəcəkdi.

Emil 72-ci dəqiqədə meydana çıxıb və komandasına qələbəni qorumaqda yardım edə bilməyib.