Kurtinaytis niyə əlil arabasındadı?

8.04.2024 00:30 179
İdman
Kişi basketbolçular arasında ölkə çempionatının 16-cı turunda “Şəki” ilə “Sərhədçi”də keçirilən oyuna “Sabah”ın baş məşqçisi Rimas Kurtinaytis əlil arabasında gəlib.

"Football-plus.az" xəbər verir ki, Litvalı mütəxəssisin sağlıq durumunda yaranmış problemin səbəbini, hazırda vəziyyətin nə yerdə olduğunu öyrənmək üçün klubun mətbuat xidmətinin rəhbəri Kənan Hakimova müraciət etdik:
“Hazırda Rimas Kurtinaytisin vəziyyəti yaxşıdı. Sadəcə, basketbolçu vaxtında dizindən aldığı zədə onu narahat edirdi. Müəyyən müddət ərzində həkim nəzarətində oldu. Artıq komandanın məşqlərində iştirak edir. Tezliklə tam şəkildə işini görəcək”.

GÜNAY SÜLEYMANOVA