Kurtinaytisdən uğurlu debüt, "Neftçi" dən asan qələbə

3.02.2024 11:34 172
İdman
Basketbol Liqasında (ABL) 13-cü turun iki oyunu baş tutub.

"Football-plus.az" xəbər verir ki, "Sərhədçi" İdman Mərkəzində keçirilmiş günün ilk oyununda "Sərhədçi" və "Sabah" klubları üz-üzə gəliblər. Litvalı Rimas Kurtinaytisin başçılığı ilə ilk oyununa çıxan çempionatın lideri "Sabah" rəqibi üzərində 96-71 hesablı rahat qələbə qazanıb.

Yeni transferləri ilə güclənmiş "Neftçi" çempionatın aşağı pillələrində qərarlaşmış "Sumqayıt" klubu ilə qarşılaşıb və 113-96 hesablı rahat qələbəyə sevinib.