“Üstəlik kubokda limit də fərqlidi” - “Sabah”ın idman direkoru məğlubiyyəti izah etdi

31.03.2024 11:00 210
İdman / Manşet
Rimas Kurtinaytis “sükan arxasına” keçəndən sonra sanki “Sabah”a nəsə olub.

Basketbol üzrə son ölkə çempionatının qalibi hazırda turnir cədvəlində “Xəzri”dın geridədi. Üstəlik litvalı mütəxəssisin çalışdırdığı komanda çərşənbə günü ölkə kubokunda qrup mərhələsinin son turunda “NTD-İndiqo”ya 85:89 uduzmaqla yarımfinaldan kənarda qaldı. Bəs “Sabah”ın rəhbərliyi son nəticələri necə dəyərləndirir? Klubun idman direktoru Elşən Yusubovun “Futbol+”ə dedikləri:
“İdmanda məğlubiyyət də, qələbə də komandanın adına yazılır. “NTD-İndiqo” ilə oyunda zədəlilərimiz var idi. Optimal heyətlə hazırlaşa bilmədik. Üstəlik kubokda limit də fərqlidi. Qeyd etdiyim amillərin də təsiri var. Mübarizəmizi çempionatda davam etdirəcəyik. Çempionatda üst pillələrdə gərgin rəqabət var. Sona qədər mübarizə aparıb əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq”.


GÜNAY SÜLEYMANOVA