MS-nin oyunçusunun işi fırıqdı

5.04.2024 15:20 147
Dünya futbolu
“Mançester Siti” Çempionlar Liqasının 1/4 finalının “Real”la matçına ciddi itki ilə çıxacaq.

Komandanın baş məşqçisi Xosep Qvardiola yerli mətbuata açıqlamasında Kayl Uolkerin zədə səbəbindən vacib oyunu buraxacağını deyib. Həkimlər İngiltərə millisinin heyətində Braziliya ilə oyunda zədələnən müdafiəçinin madridlilərlə ilk oyuna qədər meydana çıxmağa hazır olmayacağını bildiriblər.

Aprelin 9-da keçiriləcək “Real” - “Mançester Siti” oyunu Bakı vaxtı ilə saat 23.00-da başlayacaq.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul