“Meydan yenicə istifadəyə verildiyindən qüsursuz deyil” – “Zirə”dən ağ xətt izahatı

4.04.2024 15:35
Aktual / Ölkə futbolu
Dünən ölkə kubokunun “Zirə” - “Qəbələ” oyunu zamanı meydandakı ağ xətlərin baxımsız hala düşməsi gözümüzdən yayınmadı.

Xatırladaq ki, bir müddət öncə “Zirə” stadionda təmir-bərpa işləri apardığından ev oyununu Tofiq Bəhramov adına Respublika stadionunda keçirmişdi. Baxımsızlığın səbəbini, yəni təmir-bərpa işləri zamanı bu məsələyə diqqət yetirilib-yetirilmədiyini öyrənmək üçün “qartallar”ın mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadə ilə danışdıq. Onun “Football-plus.az”a söylədikləri:

“Təbii ki, diqqət yetirilib. Meydan yenicə istifadəyə verildiyindən qüsursuz deyil. Yəqin ki, qarşıdakı müddətdə qaydayına düşəcək”.

KAMAL SƏFƏR