"Zirə" "Kəpəz"lə "Tofiq Bəhramov"da qarşılaşacaq

6.03.2024 15:30 234
Premyer-liqa
Misli premyer-liqasının 27-ci turunun "Zirə" - "Kəpəz" oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

"Football-plus.az" xəbər verir ki, paytaxt təmsilçisi Zirə İdman Kompleksinin stadionunun qazonunda əsaslı təmir və yeniləmə işləri aparıldığı üçün PFL-ə müraciət edib.

Stadionun son durumunun fotoları və mütəxəssis rəyləri nəzərə alınaraq "Zirə" - "Kəpəz" matçının mərkəzi arenada təşkili qərara alınıb. Matç martın 16-da, saat 16.00-da keçiriləcək.

“Zirə” ölkə kubokunun yarımfinal oyunundan etibarən Zirə İdman Kompleksinin stadionuna qayıdacaq.