Başa çatan mövsümdə avrokuboklara qatılmaq vəzifəsinin öhdəsindən gələ bilməyən “Sabah” artıq yeni mövsüm üçün planlar cızmaqdadı. Baş məşqçi Murad Musayevin heyətdə görmək istədiyi yerli futbolçulardan biri də Elvin Camalovdu. “Tələbələr” dünən onunla yeni müqavilə bağlayıb. 27 yaşlı yarımmüdafiəçi ilə bağlanan yeni müqavilənin müddəti 2024-cü ilin mayına qədərdi.
Elvin ötən ilin iyunundan “Sabah”ın uğurları üçün çalışır, son mövsümdə bu komandanın heyətində 29 oyun keçirib.