Çempionatın ilk mərhələsini qiymətləndirmək üçün təcrübəli jurnalist, "Report" İnformasiya Agentliyinin İdman Departamentinin rəhbəri Kənan Həsənovun fikrini öyrəndik:
"Premyer-liqanın ilk yarısı həm gözləniləndi, həm də gözlənilməzliklə yadda qaldı. Əvvəla onu deyim ki, "Qarabağ" çempionata uğursuz başlasa da, tədricən toparlanaraq qələbələri sıraladı və nəticədə ilk pilləyə sahibləndi. Bununla daşlar yerinə oturdu. Ağdam təmsilçisinin ən yaxın izləyicisi "Zirə" ilə 12 xal fərqi var. Bu onu deməyə əsas verir ki, çempionluq böyük ölçüdə həll olunub. "Zirə" ilə "Neftçi"nin də ilk "3-lük"də yer alması gözlənilən qanunauyğuluq idi.
"Sabah"ın zəif çıxışı və qış fasiləsinə 8-ci pillədə yollanmasız gözlənilməz oldu. Çünki ötən mövsüm "bayquşlar" vitse-çempion oldular və avrokubokda da uğurla debüt etdilər. Cari “futbol ili”ndə isə Masazır təmsilçisi hamını təəccübləndirdi. "Qəbələ" də azarkeşlərini və futbol camiəsini kədərləndirdi. Ölkə kubokununun son qalibi yayda aparıcı futbolçularını itirdi. Bu da, təbii ki, komandaya təsirsiz ötüşmədi. Bu gün bölgə təmsilçisi yaxşı günlərini yaşamır, bu gedişlə komandanı premyer-liqanıın 2-ci yarısında toparlamaq çətin olacaq. "Araz-Naxçıvan"ın gözlənilməz sıçrayışları çoxları kimi, məni də müsbət mənada təəccübləndirdi. Açığını deyim ki, Muxtar Respublika təmsilçisindən, demək olar ki, heç kim belə uğur gözləmirdi.
Komanda həm rəhbərliyi dəyişdi, həm debütant idi, həm də Bakıda məskunlaşmalı oldu, sadalamadığım başqa problemlər də var idi. Amma naxçıvanlılarturlar keçdikdə oyun və nəticə baxımından tərəqqi etdi. Bunun da başlıca səbəbi baş məşqçi Azər Bağırovun xidmətləridi. "Neftçi"dəki dəyişikliklər də gözlənilməz oldu. Regekampf yola salınıb, əvəzinə Mutu komandanın “sükanı” arxasına gətirilsə də, ulduz futbolçu gözlənilən etimadı doğrultmadı. Hazırda məşqçi kimi CV-si zəngin olan Bojoviç "Neftçi"dədi. Onun məharətini qış fasiləsindən sonra görəcəyik. Digər komandalar isə aşağı-yuxarı eyni çıxış edirlər və onların hazırkı mövqeləri gözlənilən idi”.

ABDULLA İSMAYILOĞLU