Gənclərimiz hazırda 3 xalla sonuncu pillədə qərarlaşıb. İrəlidə onları daha 4 oyun gözləyir. Lüksemburq, Şimali İrlandiya və İngiltərə ilə səfərdə, Serbiya ilə evdə qarşılaşacağıq. Göründüyü kimi, heç də xoşagələn təqvim deyil. Bəs bu qrupda xal ehtiyatımızı artırmaq, sonuncu pillədən qurtulmaq şansımız varmı? Komandanın baş məşqçisi Samir Əliyevin fikirləri:
“Əlbəttə, xal qazanıb, sonuncu yerdən qurtulacağıq. Bizi qarşıda oyunlar gözləyir. Xal itirdiyimiz komandalar qrupun liderləridi. Qarşıda oyunlar var və xal almaq ehtimalımız yüksəkdi. Yetər ki, bizim futbolçular komandalarında oynasınlar və milliyə yaxşı formada gəlsinlər. Qrupda olan milli komandalar futbol ölkələridi, daim Avropa çempionatında oynayan komandalardı. Yəni sırf son iki oyuna görə müqayisə etmək düzgün deyil. Gördüyümüz kimi, U-21-in oyunçuları premyer-liqada oynamır”.
ƏSƏD SEYİDOV






