“Zirə”nin futbolçusu İsmayıl İbrahimli ölkə çempionatlarında 100-cü oyununu keçirib.
"Football-plus.az" xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi Misli premyer-liqasının 28-ci turunun “Sabah”la səfər matçına (1:0) start heyətində çıxıb.
İbrahimli bu görüşlərdə 5 qola imza atıb. 2015/16 mövsümündə “Şüvəlan”ın heyətində debüt edən yarımmüdafiəçi bu müddətdə üç klubda çıxış edib.
O, ilk klubunda 1, “Qarabağ”da 77, “Zirə”də 22 dəfə şans qazanıb. İbrahimli bütün qollarını Ağdam klubunda vurub.
“Zirə”nin futbolçusu ölkə çempionatlarında 100-cü oyununu keçirib
Ölkə futbolu





