Sabah qələbəylə başladı

31.03.2024 20:40 173
Ölkə futbolu
Sabah"ın U-13 komandası İtaliyada ilk matçındam qələbə ilə ayrılıb.

”Football-plus.az” xəbər verir ki, İtaliyanın Ravenna şəhərində, “Ravenna Cup" beynəlxalq turnirində iştirak edən təmsilçimiz birinci görüşünü "Zambra Calcio"ya qarşı keçirib.

"Sabah" görüşü 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Nasir Nəsirlinin rəhbərlik etdiyi kollektiv "Zambra Calcio" ilə yanaşı, "Piza", "Rozina", "Benfika Escola"(Lüksemburq) klubları ilə eyni qrupda mübarizə aparır.