Lionel Messinin son durumu ilə bağlı xəbər yayılıb.
O, “İnter Mayami”nin daha bir matçında iştirak etməyəcək. 36 yaşlı futbolçu MLS-in 6-cı turunun “Nyu York Siti” ilə oyununu da buraxacaq. Zədəli olan Messinin bərpa prosesi ləng gedir. O, bu səbəbdən Argentina millisinin Salvador və Kosta Rika ilə son iki matçını buraxıb. Mayamililəri çalışdıran Xerardo Martinoi onu aprelin 3-də KONKAKAF Çempionlar Liqasının “Monterrey” ilə keçiriləcək oyununa hazırlamaq niyyətindədi.
Messi bu mövsüm bütün turnirlərdə 5 matçda iştirak edib, 5 qol vurub və 2 məhsuldar ötürmə edib.