“Atletiko”nu “Əl-Hilal”a dəyişə bilər

10.08.2023 19:00 201
Dünya futbolu
Joao Felişin “Atletiko”dan “Əl-Hilal”a keçmək ehtimalı qalır.

"Football-plus.az" xəbər verir ki, Portuqaliyalı futbolçu da iş yerini dəyişmək istəyir. “O Jogo” nəşrinin yaydığı məlumata görə, klublar arasında danışıqlar davam etdirilir.

Qeyd edək ki, “Atletiko” rəhbərliyi “Əl-Hilal”ın ilkin təklifini qəbul etməyib. Səudiyyə Ərəbistanı klubu Felişi əvvəlcə icarəyə götürmək istəyib.

Joao İspaniya klubuna 2019-cu ildən məxsusdu. O, ötən mövsümün ikinci yarısını icarə əsasında “Çelsi”də keçirib.