Millimizin heyətində dəyişiklik

19.03.2024 17:30 363
Ölkə futbolu / Yığma
FİFA tərəfindən ilk dəfə Bakıda təşkil olunacaq “FIFA series – Edition 2024” layihəsində mübarizə aparacaq millimizin heyətində dəyişiklik baş verib.

"Football-plus.az" xəbər verir ki, millimizin futbolçusu Aleksey İsayev zədə səbəbindən heyətdən çıxarılıb.

Qeyd edək ki, millimiz martın 22-də, saat 20.00-da Monqolustan, martın 25-də, saat 20.00-da isə Bolqarıstan yığma komandaları ilə qarşılaşacaq. Hər iki oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.