Almaniya Fransanı məğlub etdi

24.03.2024 12:30 171
Dünya futbolu
Almaniya millisi yoldaşlıq oyunu çərçivəsində Fransa yığması ilə qarşılaşıb.

"Football-plus.az" xəbər verir ki, matç Fransanın Lion şəhərindəki "Qrupama" stadionunda oynanılıb. Oyunun baş hakimi ispaniyalı referi Xesus Gil Manzano olub.

Qarşılaşmada Almaniya 2:0 hesablı qələbəyə sevinib. Hesab 1-ci dəqiqədə açılıb. Qolu Bundesliqanın liderinin - "Bayer"in futbolçusu Florian Virtz vurub. 49-cu dəqiqədə isə Kay Havertz fərqlənib.

Bu komandalar sonuncu dəfə 2023-cü il sentyabrın 12-də yoldaşlıq görüşündə üz-üzə gəliblər. Həmin oyunda Almaniya 2:1 hesablı qələbə qazanıb.