Luis Felipe Skolarinin “Atletiko Mineyro” ilə əməkdaşlığı 9 ay sürüb.
"Football-plus.az" xəbər verir ki, təcrübəli mütəxəssis baş məşqçi vəzifəsindən istefa verib. Braziliya klubunun rəsmi saytının məlumatında 75 yaşlı məşqçinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verildiyi bildirilib. Amma əməkdaşlığın dayandırılmasının səbəbləri haqda məllumat verilməyib.
Skolari “Atletiko Mineyro”nu 2023-cü ilin iyunundan çalışdırırdı. Komanda ötən müddətdə onun başçılığı altında 41 oyun keçirib, 19 matçda qələbə qazanıb, 10 dəfə heç-heçə edib və 12 oyunda məğlub olub.