Üç ildən sonra bundestimə qayıtdı

18.03.2024 12:00 190
Dünya futbolu
Toni Kroos ilə bağlı gözlənilən xəbər yayılıb.

“Real”ın yarımmüdafiəçisi Almaniya yığmasına çağrılıb.

34 yaşlı futbolçu Fransa və Niderlandla bu ay keçiriləcək yoldaşlıq matçları üçün bundestimə dəvət olunub. Kroos 2021-ci ildən sonra ilk dəfə milli komandanın oyunlarında iştirak edəcək. O, beynəlxalq karyerasını pandemiya səbəbi ilə bir il gecikmə ilə baş tutan AÇ-2020-dən sonra başa vursa da, bu ilin fevralında bərpa etmək qərarına gəlib. Toni 11 il (2010-2021) milli komandada çıxış edib. Bu müddətdə 106 matçda iştirak edib və 17 qol vurub. O, 2014-cü ildə dünya çempionu olub.

Əlavə edək ki, Almaniya yığması martın 23-də Fransa, martın 26-da isə Niderlandla qarşılaşacaq.