Milli komandada zəruri dəyişiklik

21.03.2024 23:50 160
Dünya futbolu
İspaniya yığmasının heyətində dəyişiklik edilib.

"Football-plus.az" Xəbər verir ki, baş məşqçi Luis de la Fuente “Valensiya”nın müdafiəçisi Xose Qayanın əvəzinə “Çelsi”dən Mark Kukurelyanı milli komandaya çağırıb. Buna 28 yaşlı futbolçunu La Liqanın sonuncu turunda “Vilyareal”la matçda zədələnməsi səbəb olub.

İspaniya millisi bu ay Kolumbiya (London) və Braziliya (Madrid) ilə iki yoldaşlıq oyunu keçirəcək.