Millimizin mövqeyi dəyişmədi - FİFA REYTİNQİ

15.03.2024 14:00 154
Ölkə futbolu
Qadın futbolçulardan ibarət millimizin FİFA reytinqində mövqeyi dəyişməyib.

"Football-plus.az" xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda 1305,48 xalla 76-cı sırada qərarlaşıb.

Siyahıya İspaniya başçılıq edir. “Buğalar”ın hesabında 2066,05 xal var. İngiltərə (2021,41) ikinci pilləyə yüksəlib, Fransa (2018,81) üçüncü sıradakı mövqeyində qalıb. Qardaş ölkə Türkiyə isə 1 addım irəliləyərək, 62-ci (1404,24) yerdə qərarlaşıb.

Qeyd edək ki, yığmamız Avropa çempionatının seçmə mərhələsində B Liqasının 1-ci qrupunda İsveçrə, Macarıstan və Türkiyə ilə qarşılaşacaq. Qrup oyunları aprel-iyul ayları aralığında keçiriləcək.