UEFA-dan Elçin Məsiyevə daha bir təyinat

22.03.2023 11:36 196
Ölkə futbolu
Elçin Məsiyev UEFA-dan yeni təyinat alıb.

"Football-plus.az" qurumun saytına istinadən xəbər verir ki, o, 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raundunda 6-cı qrupun 3-cü turunda Latviya - İsrail matçını idarə edəcək.

Məsiyevə Pərvin Talıbov və polşalı Mixal Sobçak yan xətt hakimləri qismində köməklik göstərəcək.

Qeyd edək ki, martın 28-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 16.00-da başlayacaq.

Xatırladaq ki, Məsiyev bu gün İsrail - Polşa oyununu idarə edəcək.