“Artıq pulun ödənilməsini istəyirik”

18.03.2024 16:00 217
Aktual / Ölkə futbolu
Tural Bayramlı ilə “Səbail” arasında uzun müddətdi davam edən problem hələ də həllini tapmayıb.

Klub AFFA Apellyasiya və Arbitraj Tribunalının qərarı ilə futbolçuya 70 min manat ödəməlidi. Lakin qərarda yekun tarix göstərilmədiyidən “Səbail” ödənişi etmirdi. Sonradan Tural Bayramlının vəkili Elcan Həsənli FIFA-ya müraciət etdi. FIFA ilə qurum arasındakı danışıqlardan sonra AFFA “Səbail”ə məktub göndərərək pulun martın 31-nə kimi ödənilməsini tələb edib. Görəsən, şikayətçi tərəf “Səbail”in bu pulu ödəyəcəyinə ümid edirmi? Sualımızı Elcan Həsənli cavabladı:

“Bizə rəsmi şəkildə AFFA-nın kluba ünvanladığı məktub göndərilib. Həmin məktubda martın 31-nə qədər ödəniş edilməsinə dair göstəriş verilib. Artıq pulun ödənilməsini istəyirik. Ödəniş olmasa, FİFA başda olmaqla yenə bütün qurumlara şikayət ünvanlayacayıq”.

GÜNAY SÜLEYMANOVA