Misli premyer-liqasının 27-ci turunda "Sabah" "Sumqayıt"ı məğlub edib - 2:1.
"Football-plus.az" xəbər verir ki, matçdan sonra "gənclik şəhəri" təmsilçisinin çalışdırıcısı Samir Abasovun mətbuat konfransı keçirilib. Sizi onun fikirləri ilə tanışş edirik:
"Uduzmağımızın səbəbi göz qabağındadı. İki səhv etdik, iki qol buraxdıq, altından çıxa bilmədik. Ondan sonra rəqibə bir epizod da vermədik. Halbuki, oyundan öncə rəqibin oyununda etdiyimiz ehtimalla düz çıxdı. Dəyişikliklərlə oyunumuzu daha da yaxşılaşdırdıq. Meydanda qalib gəlmək istəyən komanda gördüm. Futboldu da, qələbə və məğlubiyyətlərə hazırıq. İki həftəlik fasilə olacaq. Yaxşı, sakit hazırlaşacağıq".
- Sizə elə gəlmir ki, siz texniki zonada Kasimir Ninqadan daha çox hərəkətli idiz...
- Xeyr, passiv deyildi. Oyunun gedişatında 1-2 dəfə mövqeyini dəyişdim. Yəqin ki, ora adaptasiya ola bilmədi. Adlara bölmək istəməzdim. Komanda olaraq pis deyildik.
- İkinci pillədə gedən komandadan milliyə iki oyunçu dəvət edilmişdi, onlar da ehtiyat qüvvə kimi. Milliyə layiq futbolçu yoxdu?
- Bunlar şəxsi fikirdi. Millinin müvəqqəti məşqçilərin fikri belədi. Baş məşqçi postuna kimlər gələcəksə, hər birimizi onların verəcəyi qərara hörmətlə yanaşmağı çağırıram. Tanıdıqları oyunçulardır, onları çağırıblar. Millinin iki oyunu var, bəlkə də çox rotasiya etmək istəməyiblər. Niyə komandamdan futbolçu çağırmayıblar, sözünü deməyəcəm. Bundan sonra da belə olacaq. Nəyə görə? Hər bir məşqçinin seçiminə hörmət etmək lazımdı.
- Krunoslav Renduliç bildirdi ki, hədəf çempionatda ikinci yeri tutmaqdı. Sizin hədəfiniz nədir? Hansı pillədə olacağınızı deyə bilərsiz?
- Bunu heç kim deyə bilməz. Bizdə ümumiyyətlə, ikinci yer, avrokubok zonası olmayıb. Amma komanda meydana qələbə üçün çıxır. Mövsümün sonunda hansı yerdə olacağıqsa, o da bizim hədəfimizdi. Hədəflər mövsümün əvvəlində, məşqçi yox, klub tərəfindən qoyulur. Qoyulan hədəflərə görə də hərəkət edirsən. Biz təzə komandayıq, bu il çox oyunçu dəyişmişik. Komanda qururuq, daha da güclənmək istəyirik, rahat futbol oynamaq fikrindəyik. Get-gedə komandanın onurğası düzələcək. Hədəfi klub qoymalıdı. Hədəf çatmırsansa, baş məşqçi getməlidi. Çempionatın ortasında hədəf haqda danışmaq düzgün deyil. Mövsümün əvvəlində klub tərəfindən qoyulan hədəf liqada qalmaq idi.
- Azarkeşlərin stadiona gəlməsi üçün nə etmək lazımdı?
- Bu, Azərbaycan çempionatında baş verən hadisədi. Təkcə bizimlə bağlı deyil. Bunu oturub, başbilənlər fikirləşməlidi. Bu vaxta qədər bizdəki bəhanə stadion idisə, artıq bu da keçərli deyil. Meydança idealdı. "Sumqayıt" buna qədər ikinci yerdəydi, tutduğumuz mövqeyə də irad ola bilməzdi. Pis oynayırdıq deyim, bu da gəlməmə səbəb deyildi. Başbilənlər oturub fikirləşməlidir ki, azarkeşləri stadiona gətirsin. Mən sadəcə hər konfransda onlara çağırış edə bilərəm.
- Hakimə qarşı aqressiv görünürdüz...
- Hakim idarəçiliyi ideal idi. Onlar emosiyalar idi. Bizə ayrılan yerdən çıxmışdım. Onu da bilmədəm etmişdim.