26-cı turun ilk oyunu Bayılda keçirildi.
“Səbail” doğma stadionu olan “ASCO Arena” da “Sumqayıt”la üz-üzə gəldi. Fəqət tribunada olan atmosfer tam fərqli idi. Sanki oyun “Səbail”in yox, “Sumqayıt”ın stadionunda keçirilirdi. “Kimyaçılar” azarkeş qrupu matç ərzində dayanmadan komandasına dəstək oldu. Demək olar ki, bir-iki şüarı çıxsaq, “dənizçilər”in heç səsi də eşidilmirdi. Bir sözlə, “Dənizçilər” azarkeş qrupunun susqunluğu diqqətimizi çəkdi. Bunun səbəbini öyrənmək üçün azarkeş qrupunun rəhbəri Atif Rüstəmliyə danışdıq:
“Komandamızın meydanda ötən turlarda göstərdiyi performansını, döyüşkənliyini görmədik. Buna görə də azarkeşlərdə ruh düşkünlüyü yarandı. Sanki şokdaydıq”.
KAMAL SƏFƏR