“Səbail” azarkeşləri Tovuz səfərinə gecikdiklərinə görə sevinirlər

26.05.2023 17:46 338
Aktual / Premyer-liqa
"Turan Tovuz" - "Səbail" görüşündə qonaqların fanatları oyuna gecikmişdi.

"Dənizçilər"i dəstəkləyən, klubun bayrağı ilə "silahlanan" təxminən 20-25 azarkeş yalnız 20-ci dəqiqədən tribunada yerlərini tutdu.

"Football-plus.az" olaraq gecikmənin səbəbini aydınlaşdırmaq üçün klubun azarkeşlər üzrə əlaqələndiricisi Atif Rüstəmliyə müraciət etdik: "Tovuz səfərində azarkeşimizi yarıyolda qoymamaq üçün gözlədik. Dedik ki, hamımız toplaşıb elə stadiona daxil olaq. Yaxşı ki, bir az gecikdik və buraxılan ilk qolu görmədik".

ABDULLA İSMAYILOĞLU