• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Hər kəsə bu gün lazımdı”

Premyer-liqa / Manşet

15-03-2024, 23:0

Misli premyer ligasinin XXVII turunda “Neftçi” “Səbail”i məğlub edib - 3:0

“Football-plus.az” xəbər verir ki, matçdan sonra “Dənizçilər”in baş məşqçisi Şahin Diniyevin mətbuat konfransı keçirilib. Sizi onun fikirləri ilə tanış edirik:

"Oyunu iki hissəyə bölərdim. 3:0 darmadağın deməkdir. Bu hesab bir qapıya gedən oyun, komandanın mərkəzi keçməməsi deməkdir. Amma biz 0:3 hesablı məğlubiyyətə layiq deyildik. Komanda ikinci hissədə matçı diqtə etdi, dominantlıq göstərdi. Qol epizodlarımız çox idi. Heç bu qədər epizod yaratdığımız yadıma gəlmir. Sadəcə keyfiyyət məsələsində geri qaldıq. İrəli baxmalıyıq. Təəccüblü olsa da, komandamın oyunundan, xarakterindən, hücumameyilli oynamasından razı qaldıq. "Neftçi" kimi böyük komandanı 90 dəqiqə ərzində təzyiqdə saxlamışıqsa, gələcəyə ümidlə baxmaq olar. Heç nə itirilməyib. Doqquz oyunluq marafonun finiş nöqtəsi var. Komanda ilə istədiyimiz yerlərə çatacağıq. Sadəcə asan qollar buraxırıq. Cərimə meydançasına atılan hər bir top bizim üçün faciəyə bərabərdir. Üçüncü qoldan danışmaq istəmirəm. "Neftçi"yə uğurlar arzu edib, təbrik edirəm. Qarşıdakı oyunlarımıza baxmalıyıq. Düzgün yoldayıq. Bütün oyunlarda keyfiyyətli futbol oynamağa çalışırıq. Alınır da".


- İkinci hissədəki oyunu nəzərə alsaq, tablodakı nəticə düzgün gəlmirdi. Bu nə ilə əlaqədar idi?
- Bəli, razıyam. Düz gəlmirdi.

- "Səbail"də stabillik çatmır. Bu oyuna qədər müdafiə xəttində belə boşluqlar görülməmişdi. Nə baş verdi ki, müdafiənin mərkəzində bu qədər səhv oldu?
- Hər bir komandanın uğur qazanması üçün bəzi nüanslar çox vacibdir. Onların içərisində ənənə məsələsi var. "Neftçi" bu gün pis vəziyyətdə ikinci yeri tutanda, bəyənmirlər. Bu ənənədən xəbər verir. "Səbail" yenidir. Keçən il saman çöpündən tutub Premyer Liqada qalmaq uğrunda mübarizə apardıq. Yayda komanda 8-90- faiz yenidən quruldu. Futbolda üç nüans var: stabil heyət, stabil oyun və stabil nəticə. Bu üçü bir-birini bağlıdır. Bizdə bunlardan biri hər zaman kənara çıxır. Stabilliyin olmaması zaman məsələsidir. Komandanın qarşısına qoyulan ən minimum vəzifə həll olunub, artıq iddialılar içərisindəyik. Oyunumuz var. "Səbail" futbol oynayır. Ən çox tam əmin olmadığım yer müdafiədəki oyunumuzdur. Onu düzəldə bilməmişik. Futbolçularım yaxşıdır. Zamanla onu da yoluna qoysaq...."Səbail" Azərbaycan çempionatında ən yaxşı futbol oynayan komandalardan biridir.

- AFFA qərar verib ki, "Səbail" Tural Bayramlıya 70 min manat pul ödəməlidir. Amma klub bunu yerinə yetirmir. Futbolçu FİFA-ya şikayət edib və martın 30-na qədər pul ödənilməlidir. Bu vəziyyət həll olunmasa nələr baş verəcəyi məlumdur. Transfer qadağası və avrokuboklara vəsiqə əlinizdən alına bilər...
- Bu suala mən cavab versəm, etik normadan çıxıram. Klub rəhbərliyi var. Sualın birinci hissəsinə cavab verə bilərəm ki, mən onu yollamamışdım. 18 oyunda 53 dəqiqə meydanda olmuşdu və iki qırmızı vərəqə almışdı. Mən gələndə əvəzedici heyətdəydi. Ondan qabaq yollanmışdı.

- Samir Abasov ötən tur bildirmişdi ki, gələcəyini komandasını qurmaq istəyirəm, avrokuboklara getsəm, birinci mərhələdə uduzub qayıdacağıq. Eyni fikri, eyni düşüncəni "Səbail"ə də aid etmək olar?
- Ölkədən-ölkəyə çox fərq var. Komandadan-komandaya da. Bu gün baş məşqçilər asılı vəziyyətdə qalan insanlardır. Zamanın verilib-verilməməsi ikinci məsələdir. Hər kəsə bu gün lazımdır. Sabah heç kimə lazım deyil. Bu gün sabahı düşünsək, o sabah olmayacaq. Həmişə reallıqla barışmağa çalışmışam. Bu gün nəyimiz varsa, onunla qane olaq. Radikal addımlar, layihə, gələcəyə addımlar..."Səbail"in yolu düzdür. "Qarabağ", "Neftçi", "Zirə" ilə başabaş futbol oynayırıq, qapazaltı komanda deyilik. Sadəcə stabillik çatışmır. Onu da zamanla bağlayıram. Keçən il dedim ki, Premyer Liqada qalacağıq, qaldıq. Bu il dedim ki, iddialı olacağıq, artıq iddialıyıq. Komanda düzgün inkişaf yolundadır. Dominant oynamaq hər komandanın işi deyil. Komanda darıxdırıcı futbol oynamır. Biz sona qədər mübarizə aparacağıq. Hazırkı futbolla avrokuboklara layiqik. Futbolçularıma dedim ki, üzülməyin, futbol oynayırsız, nəticə gec-tez olacaq. Oyun varsa, nəticə mütləq gələcək. Vay o gündən ki, oyun olmaya, amma qələbələr qazanasan. Sevinirəm ki, komandam futbol oynayır, komandamla fəxr edirəm.

- "Səbail"dən milliyə Səlahət Ağayev və Rüfət Abdullazadə dəvət edilib. Daha çoxunu gözləyirdiz?
- Nəsə desəm, deyəcəksiz ki, pafoslu danışırsız. İlk işimiz klub üçün çalışmaqdır, amma həm də, milliyə futbolçu yetişdirməkdir. "Səbail" üçün prestijdir. Ötən il klubumuzdan10-a yaxın futbolçu yığma komandalarımıza getmişdi. Komada yox, klub olaraq inkişaf etmək istəyirik. Limitdə olan oyunçularımız ən yaxşılardır. Yusif Nəbiyev, Rafael Məhərrəmli, Adil Nağıyev də var, milliyə dəvət edilə bilər. Milliyə düşmək üçün klubda uğur qazanmalısan.

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

14-08-2023, 23:0

“Kənardan baxırdım, penalti yox idi”

Premyer-liqa / Manşet

31-01-2023, 18:0

Vüqar Əsgərli: "Planlaşdırdığımızdan daha yaxşı yerdəyik"

Premyer-liqa / Manşet

24-12-2023, 19:0

“Hədəfimiz premyer-liqada qalmaqdı”

Premyer-liqa / Manşet

13-02-2024, 22:0

"Bu qələbə ilə çox şeyi geri qaytara bildik"

Premyer-liqa / Manşet

13-02-2024, 23:0

"Qələbəyə layiq deyildik"

Premyer-liqa / Manşet

10-12-2023, 20:0

“Belə davam etməliyik”

Aktual
“Bəxtimizə bu yazılıb ki, hər mövsüm orda-burda oynayaq” - “Xəmsə”dən oyun yerinin dəyişdirilməsinə reaksiya
“Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
"Turan Tovuz” çempionla oyundan əvvəl çətinliklə üzləşdi – üç futbolçusu...
“Böyük ehtimalla, hədəf premyer-liqaya vəsiqə qazanmaq olacaq” – qusarlılar elita üçün hazırlaşır!
Rəhim Həsənov Əliyar Ağayevi sonuncu turda da bağışlamadı!
Bəhlul “Sumqayıt”a qarşı oynayacaq? – rəsmi açıqlama
Son xəbərlər
  • Bu gün, 16:28
    Premyer-liqada yeni mövsüm nə vaxt başlayacaq?
  • Bu gün, 15:57
    Moldovada 11 medallıq zəfər
  • Bu gün, 15:26
    “Bəxtimizə bu yazılıb ki, hər mövsüm orda-burda oynayaq” - “Xəmsə”dən oyun yerinin dəyişdirilməsinə reaksiya
  • Bu gün, 14:55
    “Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
  • Bu gün, 14:34
    "Turan Tovuz” çempionla oyundan əvvəl çətinliklə üzləşdi – üç futbolçusu...
  • Bu gün, 14:13
    Bakıda gənc futbolçular üçün seçim turniri keçiriləcək
  • Bu gün, 13:52
    “Böyük ehtimalla, hədəf premyer-liqaya vəsiqə qazanmaq olacaq” – qusarlılar elita üçün hazırlaşır!
  • Bu gün, 13:28
    AFFA-da məşqçi kursları davam edir
  • Bu gün, 12:57
    Rəhim Həsənov Əliyar Ağayevi sonuncu turda da bağışlamadı!
  • Bu gün, 12:36
    İki güləşçimiz Avropa çempionatının finalında
  • Bu gün, 12:15
    Bəhlul “Sumqayıt”a qarşı oynayacaq? – rəsmi açıqlama
  • Bu gün, 11:54
    “Kicker” Ayxan Abbasovdan sitat gətirdi, Mahirə tövsiyə verdi
  • Bu gün, 11:23
    Ölkə kubokunda final - "Araz-Naxçıvan" "Neftçi"yə qarşı
  • Bu gün, 10:52
    Okan Buruk Terimin yolu ilə gedəcəkmi? - İtaliya nəhəngi onun xidmətində maraqlıdı
  • Bu gün, 10:31
    Nəriman ABŞ kubokunda məhsuldar ötürmə etdi
  • Bu gün, 10:00
    ''Beşiktaş''ın əfsanəsi karyerasını bitirdi - Ona klubda iş veriləcək
  • Bu gün, 00:55
    Unay Emeri yenə Avropa Liqasının qalibi oldu!
  • Dünən, 23:55
    Karvaxal inciyib: baş məşqçini vida yeməyinə çağırmadı
  • Dünən, 23:07
    "İmişli" futbolçusu ilə yeni müqavilə imzaladı - RƏSMİ
  • Dünən, 22:42
    UEFA prezidenti Türkiyə futbolu haqda nələr dedi? - ''Bəli, potensial var, amma...''
  • Dünən, 22:11
    Sərin hava, bir də təbii örtük! - “Qəbələ” pley-off ilə bağlı istəklərini açıqladı
  • Dünən, 21:40
    Əli Bəşirovdan xəbər var!
  • Dünən, 21:07
    Cəsusun kimliyi bəlli oldu - İngiltərədəki qalmaqalın detalları
  • Dünən, 20:37
    Mourinyo 13 ildən sonra Madridə qayıdacaq
  • Dünən, 19:43
    “Formula-1” dünyasında önəmli razılaşma
  • Dünən, 19:12
    Gözlənilən müqavilə rəsmiləşdi
  • Dünən, 18:41
    "Kəpəz" doğrudan da "Neftçi"nin təklifinə "yox" deyib... - həqiqət üzə çıxdı!
  • Dünən, 18:15
    Cokoviç də “qiyamçılar”ı dəstəklədi
  • Dünən, 17:44
    “Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
  • Dünən, 17:30
    Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
  • Dünən, 17:15
    “Rəhbərliyə güvənmədiyimiz üçün oyuna çıxmadıq” – “qiyamçı” kapitan danışdı, prezident cavab verdi
  • Dünən, 16:56
    PFL pley-off oyununun gününü müəyyənləşdirdi – bayrama bayram qatdı!
  • Dünən, 16:27
    "Sabah" "Qarabağ"a qalib gəldi, çempion oldu
  • Dünən, 15:58
    Peresin fikirləri özünü və “Real”ı ziyana sala bilər
  • Dünən, 15:28
    Final fiti səslənmədi, AFFA nümayəndəsi susdu
Daha çox
Oxunub: 305
"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Oxunub: 254
“Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
Oxunub: 244
Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
Oxunub: 221
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
Oxunub: 201
“Bu şəhər ikimizə dar”ı artıq “Neftçi” deməlidi! – 3 ildən sonra
Oxunub: 189
“Qəbələ”nin rəqibi kim olacaq: “Səbail”, yoxsa “Mingəçevir”?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə