Futbol üzrə ölkə çempionatının 1-ci liqasında dünən iddialılardan “Şamaxı” ilə “Qaradağ Lökbatan” “şirlər”in meydanında üz-üzə gəldi.
“Qaradağ Lökbatan” heç-heçə sayəsində zirvədəki yerini qorudusa, “Şamaxı” 3-cü pilləyə endi. “Football-plus.az” “Şamaxı”nın baş məşqçisi Ramiz Məmmədovun oyunla bağlı fikirlərini öyrəndi:
“Ümumilikdə oyundan, oyunun axarından razı qaldım, ancaq nəticədən narazıyam. Biz daha yaxşı oyun nümayiş edirdik, rəqibdən daha fəal oynayırdıq, nəticənin belə olmasını istəməzdim. 2 xal itirdik, amma komanda şəklində göstərdiyimiz performansa görə qələbəyə biz layiq idik. Mənə elə gəlir ki, son tura qədər 5 komanda (“Qaradağ Lökbatan”, “İmişli”, “Şamaxı”, MOİK, “Karvan” – red.) arasında çempionluq uğrunda mübarizə gedəcək”.
ELMİN İSKƏNDƏRLİ