"Football-plus.az" xəbər verir ki, paylaşımda “Qarabağ” klubunun rəsmi X hesabı işarə olunaraq yazılıb:
“Sizin komandaya böyük hörmətlər. Siz bizə 4 əla oyun bəxş etdiniz. Amma xahiş edirik, gəlin, bunları bir daha təkrarlamayaq”.
Qeyd edək ki, “Qarabağ” 1/8 finalda iki oyunun nəticəsinə əsasən (2:2, 2:3) Avropa Liqasında mübarizəni dayandırıb.





