Oyundaşlarını yenə qabaqladı

14.03.2024 20:50 141
Dünya futbolu
“Bavariya”da fevralın ən yaxşı futbolçusu müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, klubun mətbuat xidmətinin yaydığı xəbərə görə, Aleksandar Pavloviç ardıcıl 2-ci ay münhenlilərin ən yaxşı oyunçusu seçilib. O, səsvermədə 29 faiz səslə birinci olub. Sonrakı yerləri Camal Musiala (18,5 faiz) və Harri Keyn (14 faiz) tutub.

Qeyd edək ki, Aleksandar “Bavariya”da 2023-cü ildən oynayır.